SOROS BREKSİTƏ QARŞI YARIM MİLYON AYIRDI
8-02-2018 14:22
Baxış sayı:
4473

Amerikalı milyarder Corc Soros Britaniyanın Avropa Birliyində saxlanılması kampaniyasına yarım milyon dollar ayırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Qardian” qəzeti yayıb. Qəzet yatırımın Britaniyanın AB-də qalması üçün mübarizə aparan “Best for Britain” təşkilatına edildiyini bildirib.
Qeyd edək ki, Britaniya 2016-cı ilin iyununda keçirilən referendumdan sonra AB-dən çıxmaq haqqında qərar qəbul edib. Ölkənin AB-dən çıxma prosesi gələn il başa çatmalıdır.