“Sonu Sovet İttifaqı kimi olacaq” – Corc Soros

Baxış sayı:
8209

ABŞ-lı maliyyəçi Corc Soros biznes aləminin web saytı “MarketWatch” üçün qələmə aldığı məqalədə, "Avropa Birliyi (AB) tərəfdarı əksəriyyətə şüursuzluqdan dərhal oyanma" çağırışı edib.
 
Soros AB tərəfdarı əksəriyyət çox gec olmadan oyanıb, özünə gəlməzsə, AB-nin tarix səhnəsindən silinəcəyini deyib.
AB-nin sonunun 1991-ci ildə çökən Sovet İttifaqı kimi olacağını deyən Soros, belə yazıb:
 
'NƏTİCƏNİN NECƏ OLACAĞINI BİLMƏK MÜMKÜNSÜZDÜR'
 
"İnqilabİ bir andan keçdiyimizi, çox geniş əhatəli ehtimallar ilə qarşı-qarşıya olduğumuz üçün yekun nəticənin son dərəcə qeyri-müəyyən olduğunu nə liderlərimiz, nə də sadə vətəndaşlar anlaya bilmir".
May ayında Avropa Parlamentinə (EP) seçkilərin qitənin gələcəyi üçün həlledici olacağını və AB əleyhdarı tərəflərin açıq şəkildə qalib gələcəyini öngörən Soros, Brexit-ə qarşı olan müxalif mövqeyini bir daha təkrarlayıb.
İngiltərənin gələcək ay planlaşdırılan AB üzvlüyündən çıxması önümüzdəki onilliklərdə ölkənin gedişini müəyyən edəcək an olacaq.
Müxalifət.az