​Sona Vəliyevanın MTRŞ üzvlüyündən çıxmasına RƏSMİ CAVAB

Baxış sayı:
2560

Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.
Muxalifet.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır:
"Sona Vəliyeva sıx elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq istefa ərizəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edib və ərizəsi qəbul olunub”.