“Son vaxtlara qədər İrana casusluqda ittiham olunan Allahşükür Paşazadə…” – MOLLA REJİMİ ŞEYXİN AMULİYƏ CAVABINDAN QEYZLƏNİB

Baxış sayı:
7033

Xəbər verdiyimiz kimi, dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil məscidinin imamı Ağayi Amulininin səsləndirdiyi fikirlərə cavab verib.

Qafqaz.media xəbər verir ki, İranin ”MiranPress” saytı Paşazadənin bu bəyanatından qıcıqlanıb: “Son vaxtlara qədər Azərbaycanda İranın lehinə casusluqda ittiham olunan Allahşükür Paşazadə fürsətdən istifadə edərək Bakının “gözünə girməyə” çalışır”.

Saytın iddiasına əsasən, A.Paşazadənin Azərbaycana “şirin quyruğu ilə oynamamağı” hədə-qorxu ritorikası ilə məsləhət görən Seyid Hüseyn Amulinin açıqlamasını tənqid etməsi bunun bariz nümunəsidir.