Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA

“Hər yer dağılsa da, ora dağılmayacaq.”
 
Tanınmış ekoloq, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Adığözəlov son günlər aktivləşən zəlzələlər və təbii fəlakətlər haqqında maraqlı açıqlamalar verib. Müsahibədən bəzi hissələri təqdim edirik:
"Təbii zəlzələ baş verirsə, 1 ay öncədən o ərazidə yaşayan canlı aləm bunu hiss edir və oranı tərk edirlər. Əgər bu baş vermirsə, dövlət zəlzələ haqda məlumat verə bilməyibsə, əhali ərazini tərk etməyibsə, deməli silahlardan istifadə ediblər. Silah da elə bir şeydir ki, onu heç kəs sübut edə bilməz.
Qasırğa, tufan, sellər də qəflətən baş verirsə, bax o silahın gücü ilədir. Elektromaqnit dalğasını göyə- strotosferə, ordan da ionosferə buraxırlar. Orda plazmoid buludlar var. Onlara 15 milyon istilik və ya şüa buraxıb qızdırırlar, onlar da böyüyüb 500 km olur. Bundan sonra elektromaqnit dalğası ilə istədikləri yerə yönəldib, həmin yeri vururlar. Yaponiyadakı zəlzələni də silahla törədiblər. Bu haqda mən açıqlama vermişəm. Süni zəlzələni Yerin altındakı boşluqlara yığılmış qazlara xüsusi avadanlıqla elektromaqnit dalğası yönəltməklə həmin yeri silkələndirirlər. Bu kimi silahlar əksər ölkələrdə var. Azərbaycanın bəxti onda gətirib ki, ərazisi Rusiyaya yaxındır. Hər yer dağılsa da, ora dağılmayacaq. Çünki onlar düz Yer kürəsinin nüvəsi ilə paralel yerləşir. Əraziləri hərəkət etmir. Yalnız nüvə hərəkət etsə, onda da hərəkətdə olacaq. Amerikadakı bir çox fəlakətləri də Rusiya göndərir. Bu dövr silahlar dövrüdür. Bir də əsas məsələ pul qazanmaqdır. Dünyadakı bütün fəlakətlər pulun və güclərin oyunudur”.