​Son günlər Atatürkə göstərilən qayğı... - Kılıçdaroğlu

Son günlər Atatürkə göstərilən qayğı bizi xoşbəxt edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin CHP lideri Kamal Kılıçdaroğlu bildirib.
"Son günlər Atatürkə göstərilən qayğı bizi xoşbəxt edir, ortaq dəyərlərimizə sahib çıxmaq hamımızın borcudur. Qazi Mustafa Kamal Atatürk bütün inanclara, şəxsiyyətlərə hörmət bəsləyib, onun millətçiliyi vətənpərvərlikdir", - Kılıçdaroğlu söyləyib.