​SON DƏQİQƏ: Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ - Foto

Baxış sayı:
9784

Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Məmmədov Elton Arzuman oğlu 1954-cü ildə Ucar rayonununda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və tədqiqi aparılır.
Hazırda AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər üçün 2 dərsliyin müəllifidir.
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan Elton Məmmədov 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Ailəlidir, iki övladı var.

Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ