​SON DƏQİQƏ: Yezidlər Ermənistana qarşı döyüş əmri verdi - FOTO

Baxış sayı:
6499

Yezidlər ABŞ protektoratı altında Ermənistan ərazisində Yezidistan dövlətinin yaradılmasını tələb edirlər. Bunu yezidlərin lideri Sultan Kelaş Vaşinqtonda bəyan edib. O qeyd edib ki, bununla bağlı ABŞ prezidenti Donald Trampa müvafiq məktub göndərib. Muxalifet.az-ın Eurasia News-a istinadən məlumatına görə, yezid şahzadəsi deyib ki, Ermənistandakı yezid əhalisinin maraqlarını nəzərə alaraq, Yezidistan dövlətini yaratmaq lazımdır, hansı ki, ABŞ-ın protektoratı altında ola bilər və hansı ki, Birləşmiş Ştatların milli inzibati ərazisi hesab etmək mümkün olardı. Onun sözlərinə görə, əks təqdirdə 2 milyon yezid soyqırımı təhdidi altında qalacaq. Sultan Kelaş qeyd edib ki, yezidlər öz erməni qonşularının diskriminasiyasından əzab çəkirlər. Bütün dünya yezidlərinin şahzadəsi deyib ki, bu həm də ona görə mümkün ola bilər ki, bəzi məlumatlara görə, "Böyük yeddiliyin" üzvləri Ermənistan ərazisində yezidi dövlətinin yaradılması ilə bağlı razılığa gəliblər. O bildirib ki, Ermənistandakı diskriminasiya səbəbindən, beş min ildir burada yaşayan yezidlərin 10 min nəfəri artıq ölkəni tərk edərək Avropaya, ABŞ-a və Rusiyaya köçüb. Dyüşmək yeni və özümüzə məxsus dövlət qurmalıyıq "Problem yalnız Birləşmiş Ştatlar tərəfindən həll oluna bilər, çünki bu ölkənin ordusu dünyada ən güclüdür. Beləliklə, biz ABŞ hökumətinə və şəxsən prezident Trampa yezidləri xilas etmək, onların dinc həyatını və müstəqilliyi təmin etmək çağırışı ilə müraciət edirik", - deyə şahzadə vurğulayıb.