​SON DƏQİQƏ: Vəzifəsindən azad edilən Abid Şərifov təcili xəstəxanaya yerləşdirildi

Baxış sayı:
3361

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, İstipress.az A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyini yazıb. Hansı xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.
Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən israildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.
Abid Şərifov vəzifədən ötən gün azad edilib.