SON DƏQİQƏ: Üç bölgədə eyni zamanda GÜCLÜ ZƏLZƏLƏ baş verdi - YENİLƏNDİ

Baxış sayı:
4657

Aralıq dənizində zəlzələ olub.
Publika.az xəbər verir ki, Cirit adasında 4,1 bal gücündə yeraltı təkanlar meydana gəlib.
Fəlakət və Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytından verilən məlumata görə, zəlzələnin ocağı yerin 6 km dərinliyində yerləşib.

***

Çinin cənub-qərbində şiddətli yeraltı təkanlar qeydə alınıb.
Sicuan əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin ocağı yerin 8 km dərinliyində yerləşib.
Tələfatla bağlı məlumat verilməyib.
Eyni zamanda, Kanadada da şiddətli yeraltı təkanlar qeydə alınıb. Vankover adası yaxınlığında 6,5 bal gücündə zəlzələ olub.
ABŞ Geoploji Araşdırmalar Qurumu məlumat verib ki, yerli vaxtla 21:30-da meydana gələn zəlzələnin ocağı yerin 12 km dərinliyində yerləşib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.