​SON DƏQİQƏ: Türkiyədən Öcalanla bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Baxış sayı:
9586

PKK terror təşkilatının lideri Abdullah Öcalanın vəkilləri ilə görüşmə qadağası götürülüb.
Bu barədə Türkiyənin Ədliyə naziri Əbdülhəmid Gül danışıb.
Nazir bildirib ki, Öcalanın vəkilləri ilə görüşmək imkanı yaradılıb: “Məhbusların vəkillər ilə görüşməsi qanuni haqlarıdır. Lakin qanunda həm də təhlükəsizlik riskinin nəzərə alınması ilə bu haqq məhdudlaşdırıla bilər”.
Qeyd edək ki, Abdullah Öcalan Türkiyənin İmralı F tipli qapalı həbsxanasında saxlanılır. O, ilk dəfə həbsə girdikdən 8 il sonra, bu ilin 2 may tarixində vəkilləri ilə görüş imkanı əldə etmişdi./Publika