SON DƏQİQƏ! - Türkiyədə koronavirusdan ölənlərin sayı 812 nəfərə çatdı - BİR GÜNDƏ 87 NƏFƏR VƏFAT EDİB

Baxış sayı:
2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 87 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 24 900 şübhəli koronavirus testindən keçib, onlardan 4117-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 812 nəfər ölüb, 38 226 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1492 nəfəri reanimasiyadadır, 1846 nəfərin isə müalicəsi müsbət nəticə verib. Bu gün müalicə olunan 264 xəstə evə buraxılıb.

Nazir, həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 247 768 nəfər testdən keçib.