​SON DƏQİQƏ: Türkiyədə fövqəladə vəziyyət elan edildi – HÜCUM GÖZLƏNİLİR

Baxış sayı:
8455

Bu gündən Türkiyənin Siirt bölgəsində fövqəladə vəziyyət elan edilib.
Muxalifet.az xəbər verir ki, Siirtin Əruh mahalının 2 kənd və 3 məhəlləsində vətəndaşların küçəyə çıxmasına qadağa qoyulub.
Məsələ ilə bağlı Siirt Valiliyindən verilən məlumatda sözügedən bölgələrdə hücumun gözlənildiyini və separatçı terror təşkilatı mənsublarının zərərsizləşdirilməsi, tərəfdaşlarının tutulması, regionda istifadə edilən sığınacaq və anbar sahələrinin məhv edilməsi məqsədilə əməliyyat keçiriləcəyi bildirilib.