SON DƏQİQƏ: Türkiyə ilə ABŞ razılığa gəldi

Baxış sayı:
3694

Türkiyə ABŞ ilə birgə Suriyada təhlükəsiz bölgə quracaq.
Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri arasında baş tutan görüşdə razılıq əldə edilib.
Nazirliyin tvitter hesabından verilən informasiyada bildirilib ki, görüşdə təhlükəsiz bölgənin qurulması üçün müştərək iş prinsipi müəyyənləşdirilib.
İki heyət arasında Suriya məsələsində təmasların davam etdirilməsi ilə bağlı da razılıq əldə olunub./Publika