SON DƏQİQƏ: Türkiyə geri addım atır? - Branson işində sensasiyalı gəlişmə

Baxış sayı:
12604

Türkiyədə ev həbsində saxlanılan amerikalı keşiş Endryu Bransonun sərbəst buraxılacağı ilə bağlı məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Bransonun vəkili məhkəmədə iddia qaldırıb.
Türkiyə mediasının məlumatına görə, yaxın saatlarda bununla bağlı açıqlama yayılacaq.
Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.
2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir.
Türkiyə hökumətinin bu addımına cavab olaraq, ABŞ qarşı tərəfə sanksiyalar tətbiq etməyə başlayıb.