SON DƏQİQƏ: TÜRK ORDUSUNUN İLK QRUPU TRİPOLİYƏ DAXİL OLDU / Video əlavə olundu / YENİLƏNİB

Baxış sayı:
4695

Türk hərbçilərinin ilk qrupu Faiz Sarajın Milli Birlik Hökumətinə dəstək olmaq üçün Liviyanın paytaxtına daxil olub.

Muxalifet.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “AfrigateNews” xəbər portalı informasiya yayıb. 

Tripolinin Nazirlər Kabinetinin "Qəzəb vulkanı" kampaniyasında arxa dəstək qüvvələrinin komandiri Nasser Ammara istinadən xəbər verən portal bildirir: 

"Türk Qoşunlarının birinci partiyası ölkənin paytaxtına gəldikdən sonra qüvvələrimiz Haftar ordusuna çox böyük ziyan vura biləcəklər". 

O, Türk ordusunun paytaxta nə vaxt çatdıqlarını açıqlamayıb. 

Ammarın sözlərinə görə, indi PNS birləşmələri Xalifa Haftarı vura bilər, onların təyyarələri Liviya səmasında sərbəst uçur və "arxada dayaq hiss etdiyinə" görə düşmənin arxadan vura bilir.

Bununla əlaqədar olaraq, o bildirib ki, əvvəllər döyüş təyyarələri, “Vulkan qəzəbi" əməliyyatı çərçivəsində El Batu hava limanına (Tripolidən təqribən 120 km cənub-qərbdə) kütləvi hava zərbələri endirərək, infrastruktura ciddi ziyan vurdular və Haftarın digər bazalarını bombalamaq niyyətindədirlər. 

"Bu gündən etibarən xoşagəlməz bir şey olmayacaq", - deyə komandir söz verib.

https://twitter.com/MuxalifetAz/status/1214610869210009603
Muxalifet.az