SON DƏQİQƏ: Türk ordusu hücuma başladı, qırıcılar havaya qaldırıldı - VİDEO

Baxış sayı:
4444

Rəsmi Ankaranın aylardır, hətta illərdir Münbic və Fəratın şərqində anonsunu verdiyi əməliyyata başladı.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bölgədən gələn son məlumatlara görə, türk hərbi birlikləri Cerablusdan çıxaraq Münbiçə doğru irəliləyir.
Bundan başqa, Türkiyənin müxtəlif şəhərlərindəki hərbi hissələrdən daha əvvəl Hataya göndərilən komando birlikləri və şəxsi heyət daşıyan zirehli texnikadan ibarət kolon təhlükəsizlik tədbirləri altında Kilis şəhərin mərkəzindən keçərək sərhəd xəttinə doğru irəliləyib.
Türkiyə Hava Qüvvələri İraq-Suriya sərhədində kəşfiyyat və patrul uçuşlarını artırıb.//publika