SON DƏQİQƏ! Təhlükəsizlik gücləri həyacan siqnalı verdi... – TERRORÇULARIN QORXULU PLANI AÇIQLANDI / YENİLƏNDİ

Baxış sayı:
604

Türkiyə ordusunun həyata keçidrdiyi “Barış Pınarı” əməliyyatı nəticəsində ağır zərbə alan kürd terrorçular PKK/YPG-nin tərəfdarlarını, dəstəyini itirməmək və beynəlxalq arenada qardaş ölkəni günahlandırmaq üçün öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.
Belə ki, terrorçuların dinc sakinlərin yaşadığı və çox olduğu yerlərdə kimyəvi silahdan istifadə etməyi və kütləvi qırğın həyata keçirməyi planlaşdırdığı ortaya çıxıb.
Rasulayn bölgəsindən gələn kəşfiyyat məlumatına görə, terrorçular hazırladığı 2 kimyəvi raketi işə salaraq, çox sayda insanın öldürülməsinə səbəb olacaq əməliyyatı Türkiyənin boynuna yıxaraq, həm günbəgün özündən uzaqlaşan tərəfdarlarının dəstəyini saxlamağı, həm də beynəlxalq arenada qardaş ölkəni çətin vəziyyətə salmağı nəzərdə tutublar.
Türkiyə kəşfiyyat birlikərinin əldə etdiyi bilgilər əsasında təhlükəsizlik qüvvələri terrorçuların planlarının baş tutmaması üçün hərəkətə keçib. Əməliyyata qatılan TSQ və SMO əsgərləri xəbərdar edilib.
 
Muxalifet.az