SON DƏQİQƏ! - Tehranda rejim əleyhinə izdihamlı AKSİYA / FOTO, VİDEO

Baxış sayı:
4483

Tehrandakı Əmir Kəbir Universitetinin qarşısında İranın raketlə vurduğu Ukrayna Hava yollarına aid sərnişin təyyarəsində həlak olanlar üçün təşkiil olunan aksiyada rejim əleyhinə şüarlar səsləndirilib.
 
Muxalifet.az 
bu barədə "Anadolu" agentliyinə istinadla bildirir.

Toplaşan izdiham "İnqilab Keşikçiləri utan, ölkəni rahat burax", "Diktatora ölüm", "Yalançılar istefa", "Silahlı qüvvələr baş komandanı Xameneyi, istefa", "Mənə araqarışdıran demə, sənsən araqarışdıran" şüarları səsləndirib. 

İran xüsusi təyinatlı polisləri səsləndirilən şüarlardan sonra qəzəbli izdihama müdxilə edib. Polis aksiyaya gedən yolları bağlayıb və vətəndaşların o istiqamətə getməsinə imkan verməyib.



Muxalifet.az