​SON DƏQİQƏ: Tanınmış teleaparıcı Xose Bernardo bıçaqlandı - FOTO

Baxış sayı:
6373

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. APA-nın məlumatına görə, onun onun vəziyyəti qənaətbəxş olub. Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.