​SON DƏQİQƏ: Tanınmış azərbaycanlı pedaqoq vəfat etdi - FOTO

Baxış sayı:
8521

AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist Sahib Əhmədov vəfat edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, tanınmış zooloq xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Sahib Bəylər oğlu Əhmədov 1949-cu ildə Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olub.
48 illik pedaqoji fəaliyyəti olan S.Əhmədov 1994- 2004-cü illərdə Bakı şəhər Nizami rayonundakı kimya-biologiya təmayüllü respublika litseyində, 2004-cü ilin sentyabr ayından Xətai rayonundakı Heydər Əliyev adına liseydə çalışıb. Sahib Əhmədov 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri vəzifəsini tutub.
Allah rəhmət eləsin!