​SON DƏQİQƏ: Sumqayıt yolunda iki AVTOBUS TOQQUŞDU: yaralananlar var - VİDEO

Baxış sayı:
12976

Səhər saatlarında turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə Xırdalan dairəsi adlanan ərazidə baş verib. 
Baş Dövlət Yol Polisi İdarəsindən saytımıza bildirilib ki, Bakı-Sumqayıt yolu qəza səbəbindən bağlanıb:
“Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan avtobus toqquşub. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirərək, sərnişin avtobusuna çırpılıb. 
Hadisə nəticəsində ölən olmayıb. Yüngül xəsarət alanlar var. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq. Gün ərzində Bakı-Sumqayıt magistralı da açılacaq”.