​SON DƏQİQƏ: "Sülh Çeşməsi" əməliyyatının 4-cü günündə böyük uğur, ƏSAS HƏDƏF ƏLƏ KEÇİRİLDİ

Baxış sayı:
8158

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən “Sülh Çeşməsi” əməliyyatı 4-cü günündə davam edir.
Publika.az xəbər verir ki, yerli vaxtla saat 09:15 etibarilə Suriya Milli Ordusu əsgərləri Münbiçdən Qamışlıya uzanan strateji M4 quru yoluna çatıb.
Hərəkat çərçivəsində bu günə qədər 415 terrorçu zərərsizləşdirilib. Türkiy Silahlı Qüvvələri 4 şəhid verib.

***
09:00

"Sülh Çeşməsi" ("Barış Pınarı") əməliyyatı çərçivəsində öldürülən PKK/PYD-YPG terrorçularının sayı 415-ə çatıb.
Bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.
"Fəratın şərqində həyata keçirilən "Barış Pınarı" hərəkatı gecə boyunca uğurla davam etdirilib. PKK/PYD-YPG terror təşkilatının mövqeləri qurudan və havadan vuruldu. Zərərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb", - məlumatda deyilir.

***
01:49

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh Çeşməsi" (Barış pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.