Son dəqiqə: Səudiyyənin İstanbuldakı baş konsulu ölkəsinə qayıtdı

Baxış sayı:
535

CNN Türk-ün xəbərinə görə, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu, bu gün saat 17:00 radələrində təyyarəsi ilə ölkəsinə qayıdıb.
 
Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr, Səudiyyə baş konsul ilə bağlı Türkiyə tərəfindən alınmış bir qərar olmadığını bildirib. Baş konsulun Səudiyyə orqanlarla məsləhətləşmələr məqsədilə çağırılmış ola biləcəyi  iddia edilir.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bir suala cavab verərkən, "Səudiyyə Ərəbistanın hər hansı bir diplomatı ölkəsinə getmək istəsə, gedə bilər, bir məhdudiyyət yoxdur” demişdi.
Müxalifət.az