SON DƏQİQƏ: strateji magistral ələ keçirildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı - VİDEO

Baxış sayı:
2011

Tel Abyad mahal mərkəzi tamamilə YPG/PKK terrorçularından təmizlənib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata görə, uğurla həyata keçirilən əməliyyatlar nəticəsində Türkiyə ordusu və Suriya Milli Ordusu sərhədin 30-35 kilometr dərinliyinə qədər irəliləyərək strateji M-4 mağıstral yoluna nəzarəti təmin edib. Ümumilikdə, Tel Abyad ve Rasulayn mahallarına bağlı 42 kənd YPG/PKK terrorçularından təmizlənib. Prezident Rəcəb Tayyib Ərdoğan Tel Abyad və Rasulayndan sonra Ayn El-Arab ve Hasekenin təmizlənəcəyini bildirib. "Təxminən 30-35 kilometr bir dərinliyə enəcəyik. Bunları tamamladıqdan sonra hərəkat hədəfinə çatmış olacaq", - o deyib. Prezident hərəkat çərçivəsində indiyə kimi 490 terrorçunun zərərsizləşdirildiyini söyləyib. *** 08:55 Suriya Milli Ordusunun tərkib hissələrindən olan “Həmzə alayı” xüsusi təyinatlı qüvvələri “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatı üçün Fəratın şərqinə döyüşçülər göndərməkdə davam edir. Türkiyə KİV-i xəbər verir ki, bu gecə Rasulayna daha 500 əsgər göndərilib. “Fərat Qalxanı” hərəkatından sonra qurulan, “Zeytun budaqı” əməliyyatına da qatılan və tamamilə kürdlərdən ibarət olan “Kürd Şahinləri” YPG/PKK terror təşkilatı ilə döyüşmək üçün ağır silahların olduğu maşınlarla Fəratın şərqinə girib. “Kürd Şahinləri” olaraq Fəratın şərqinə gedirik. PKK-nın kürd qardaşlarımıza yaşatdığı zülmə son qoyacağıq. Oradakı qardaşlarımızın qoruyucusu PKK deyil, bizik”, - qrupun komandirlərindən biri deyib. Türkiyənin Müdafiə Nazirliyi “Sülh çeşməsi” çərçivəsində ötən gecə əməliyyatların quru və havadan uğurla davam etdirildiyini açıqlayıb. Məlumata görə, öldürülən terrorçuların sayı 480-ə çatıb. Terrorçular irəliləyən türk ordusunun qarşısında çarəsiz vəziyyətə düşüblər. Bunu YPG komandirlərindən birinin ağlamasından da aydın görmək olar.