​SON DƏQİQƏ: Sərhəd bölgəsində DƏHŞƏTLİ PARTLAYIŞ - ölü və yaralılar var

Baxış sayı:
7350

Türkiyə-Suriya sərhədində insident olub.
PKK/PYD terrorçuları Təl Abyad şəhərinin Suluk qəsəbəsinin mərkəzində bomba partladılıb.
İlkin məlumata görə, hücumda 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
Partlayışdan sonra xarabaya çevrilən binaların dağıntıları altında qalanları xilasetmə işləri davam edir.
Qeyd edək ki, Təl Abyad Türkiyə ilə sərhəd xəttində yerləşir və ötən ay bu bölgə "Barış pınarı" hərəkatı ilə terrorçulardan təmizlənmişdi.