Son dəqiqə: Əsəd qüvvələri ilə PKK arasında qarşıdurma!

Baxış sayı:
3109

Suriyanın şimal-şərqindəki Hasəkə vilayətində terror təşkilatı YPG/PKK ilə Bəşşar Əsəd rejimi qüvvələri arasında şiddətli qarşıdurmalar yaşanır.
 
Hasəkədəki yerli mənbələrdən əldə edilən məlumata görə, səhər saatlarında Hasəkənin Qamışlı rayonunun bəzi nöqtələrində varlıq yerləşən Əsəd rejiminə sadiq qüvvələrlə rayonu işğal edən YPG/PKK-lı terrorçular arasında baş verən gərginlik qarşıdurmaya çevrilib.
Davam edən toqquşmalarda 7 rejim əsgərinin öldüyü, terrorçuların arasında yaralananların olduğu bildirilib.
Mənbələr, baş verən qarşıdurmalara, rejim güclərinin Hasəkə-Kamişli yolu üzərində qurduğu nəzarət nöqtəsində Qamışlıdakı gəncləri həbs etməsinin səbəb olduğunu bildirib.
Daha əvvəl də Hasəkə rayonunda tərəflər arasında oxşar qarşıdurma baş vermişdi.
Terror təşkilatı YPG/PKK və Əsəd rejimi Hasəkə şəhərini birlikdə idarə edir. Rejim qüvvələri Hasəkə rayon mərkəzindəki Kevkep Dağı, Təhlükəsizlik qüvvələri və 156-ci Briqada nəzarət edir. Qamışlı rayon mərkəzində isə rejimə aid bir hərbi hava limanı və hərbi briqada ilə Təhlükəsizlik qüvvələri yer alır.
Müxalifət.az