SON DƏQİQƏ: S-400-lər Türkiyə üçün YOLA ÇIXDI - FOTO

Baxış sayı:
2743

Türkiyənin Rusiyadan əldə etdiyi S-400 zenit raket kompleksinin tədarükü start götürüb.

Bu barədə “Gallifreyan Technology” qrupu informasiya yayıb.

Sosial mediada hər kəşfiyyat bilgilərini paylaşan və açıqladığı hər bilgi Rusiya mətbuatı üçün qaynaq olan qrupun məlumatına görə, kompleksin ilk hissələri ötən gecə yola çıxıb.

Tədarük prosesinin məsuliyyətini Rusiya Kosmik Qüvvələri öz üzərinə götürüb.

Xəbərdə bildirilib ki, kompleksin dəniz yolu ilə göndərilməsi müzakirə edilsə də, hava yolu aparılacaq./publika