SON DƏQİQƏ: Rusiya Ukraynaya hücum etməyə hazırlaşır – RƏSMİ

Baxış sayı:
15340

Ukraynanın baş qərargah rəisi Viktor Mujenko Rusiya-Ukrayna gərginliyinə dair verdiyi açıqlamada, "Bizə qarşı hücum hazırlığı var" deyib.
 
Rusiya ilə Ukraynadan iki ölkə arasında təzyiqi yüksəldən açıqlamalar gəlməyə davam edərkən, Ukrayna baş qərargah rəisi Viktor Mujenko Rusiyanın Ukraynaya qarşı bütünlüklə hücuma keçmə riskinin 2014-ci ildən bu yana ən yüksək səviyyəyə çıxdığını irəli sürüb.
Sentyabr ayının son iki həftəsində Rusiyanın Ukrayna sərhədindəki tanklarının sayını iki dəfə artırdığını irəli sürən Mujenko, Ukrayna sərhədinə 18 kilometr məsafədə T-62 M tipli Rus tanklarının yığıldığına dair peyk görüntüləri olduğunu bildirib.
 
Qarşımızda bir təcavüzkar var
 
Rusiya, iki ölkə gəmilərinin Kerç boğazında qarşı-qarşıya gəldiyi 25 noyabrdan əvvəl Ukrayna ilə sərhədə hərbi güc topladığını iddia edən Mujenko, Rusiyanın Ukraynaya qarşı bütünlüklə bir hücuma hazırlığı planlaşdırması ola biləcəyini söyləyib.
Rusiyanın Ukrayna sərhədindəki hərbi birliklərinin sayının Krımın ilhaq edildiyi 2014-ci ildən bu yana ən yüksək səviyyədə olduğunu qeyd edən Mujenko, "Qarşımızda heç bir hüquqi və əxlaqi məhdudiyyət olmadan hərəkət edən bir təcavüzkar var" deyib.
 
Rusiya: Ukrayna güc istifadə etmək hazırlığındadır
 
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Kiyevin Ukrayanın şərqindəki Donbas bölgəsinə hərbi qüvvələr göndərdiyini, Ukrayna ordusunun güc tətbiq etməyə hazırlaşdığı yönündə informasiyalar aldıqlarını iddia edib.
Zaxarova, Ukraynada hərbi vəziyyət elan edilməsinin Donbasdakı yeni təxribat hazırlığını gizlətməyə yönəlik atılan bir addım olduğunu irəli sürüb.
Müxalifət.az