SON DƏQİQƏ: Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanına girdi - QIRICILAR ATƏŞ AÇDI

Baxış sayı:
4768

Cənubi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib. Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsiylə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K qırıcılarını qaldırıb. Qırıcılar siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. Amma 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olub və bu dəfə burada 4 dəqiqə qalıb. Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb.