SON DƏQİQƏ: Ərdoğan-Tramp görüşü başa çatdı - FOTO

Baxış sayı:
996

ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə keçirilən görüş başa çatıb.

Dəyirmi Ofisdə baş tutan görüş 1 saat 15 dəqiqə çəkib.

Liderlər arasında müzakirələrdən və ortaq mətbuat konfransından sonra heyətlərarası toplantı keçiriləcək. Bu görüşə Konqres senatorları da qatılacaq. Onlar arasında erməni soyqırımına yüksək dəstək verən Lindsi Qrahamın da olacağı gözlənilir.
Daha sonra Ərdoğan ABŞ-da yaşayan türk vətəndaşlarla görüşəcək.

Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Kalın, həmçinin, AKP üzvləri müşayiət edir.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında, Fərat çayının şərqində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatından sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranmışdı. ABŞ Prezidentinin dəvəti əsasında həyata keçirilən bu səfər münasibətlərin normallaşdırılmasına xidmət edir.