SON DƏQİQƏ: Ərdoğan Putinlə telefonda danışdı

Baxış sayı:
7258

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Liderlər Suriya probleminə dair prosesləri müzakirə edib və 22 oktyabrda imzalanan Soçi memorandumuna sadiqliyi dilə gətiriblər.
Görüşdə, həmçinin, ikili münasibətlərin inkişafı və ticarət həcminin artırılmasına dair atılacaq addımlar müzakirə olunub.
Qeyd edək ki, Ərdoğan 13 noyabrda Vaşinqtona səfər edəcək.