SON DƏQİQƏ: Ərdoğan Merkel və Makronla görüşəcək
15-08-2018 14:31
Baxış sayı:
3526
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniya kansleri Angela Merkel, sabah isə Fransa prezidenti Emmanuel Makronla telefon danışığı edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın məlumat verib.
Sözçü bildirib ki, Ərdoğanın sentyabr ayının əvvəllərində Qırğızıstana rəsmi səfəri də planlaşdırılır.
Həmçinin Qətər əmiri Şeyx Təmim ibn Həmid əl Sani də bu gün Türkiyəyə rəsmi səfər edəcək.
O,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Prezident sarayında keçiriləcək görüşdə Türkiyə və Qətər arasında münasibətlərin bütün istiqamətləri və gündəm mövzular müzakirə ediləcək.