​SON DƏQİQƏ: Ərdoğan dünyaya meydan oxudu:” Kimsəni dinləmədən vurarıq...”

Baxış sayı:
8104

“Afrində 4600 terrorçunu zərərsizləşdirdik. Cerablusda 3 mindən artıq İŞİD-çini zərərsizləşdirdik. İndi Qəndildəyik, sabah Sincarda olacağıq. Ölkəmizi narahat edən kim olursa olsun, heç kimə qulaq asmarıq, vurarıq.”
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ataşəhər rayonunda keçirdiyi mitinqdə deyib. Ərdoğan CHP üzvlərinə də müraciət edərək onları ideologiya  fərqlərini bir kənara qoymağa çağırıb.
“Bu gözəlliyə baxın. Qartal belə idi, Matəpə belə idi, indi Ataşəhər də belə oldu. Ataşəhəri rayon edən kimdir? Bu qardaşınız Ataşəhəri rayon edərək burada infrastruktur dəyişiklikləri etdi. 16 ildə biz yalnız hökumət olaraq Ataşəhərə 3 kvadrilyon sərmayə qoyduq. Baxın, bələdiyyənin etdiyi xərcləri demirəm. Buradan metro keçdimi? Avrasiya Tunelindən razısınızmı? Marmaradan razısınızmı? Bu günə qədər Marmaradan 268 milyon sərnişin keçib. Amma bay Məhərrəm Mərmərə lazım deyil deyir. Onların boğazın altından Mərmərə keçməz ki. Bizim fəaliyyətimizin olduğu yerlərə bunların bunların xəyalları belə çatmaz.
Ataşəhərin CHP-dən olan bələdiyyə sədrinin xanımı burada bol-bol mənzil sahibi olur. Bunların hesabını mənim Ataşəhərli qardaşlarım soruşmayacaqmı? Bazar günü seçki qutusu gəlir qarşımıza? Hesab soruşmaq vaxtıdır. Bu sizin haqqınızdır”- Ərdoğan belə deyib.