​SON DƏQİQƏ: Qərbin 60 ildir Türkiyə üçün etmədiyini Rusiya etdi - ÇAŞQINLIQ

Baxış sayı:
16282

Qərbin 60 ildir Türkiyəyə vermədiyi nüvəni Rusiya verdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Məsud Haqqı Çaşqın bildirib.
"Türkiyə və Rusiya arasında enerji əməkdaşlığı qaz və neftdən sonra nüvə sahəsinə də qədəm qoydu. Əlaqələr daha da möhkəmləndi. Rusiyanın bu sahədə atdığı addım olduqca mühümdür. Ötən gün Türkiyə üçün tarixi gün oldu. Bu layihə "Cənub axını" layihəsini sürətləndirəcək", - Çaşqın söyləyib.
Qeyd edək ki, ötən gün Putin və Ərdoğanın iştirakı ilə Türkiyədə "Akkuyu" nüvə stansiyasının təməlqoyma mərasimi keçirilib.