SON DƏQİQƏ: Qazaxda toy karvanında atəş açıldı və... - ŞOK VİDEO

Baxış sayı:
7606

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb. APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan “VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır. Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.