​SON DƏQİQƏ: Qarabağda ATIŞMA - Erməni hərbi qulluqçusu MƏHV EDİLDİ

Baxış sayı:
6613

İşğal altında olan Qarabağda erməni hərbçisi ölüb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 07:30 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Sipan Serjik Melkonyan məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir gün əvvəl erməni ordusunun snayperinin açdığı atəşlə Azərbaycan Ordusunun mayoru, batalyon komandiri Aqil Ömərov öldürülmüşdü.