​SON DƏQİQƏ: Putinin yeni MDB siyasəti: Vaşinqtonla savaş bitmir - AÇIQLAMA

Baxış sayı:
2680

Postsovet ölkələrinin bəziləri Rusiya ilə münasibətlərdə qarşıdurmaya daha çox üstünlük veriblər.
Muxalifet.az xəbər verir ki, bunu "1in.am" saytına açıqlamasında rusiyalı politoloq Aleksandr Krılov söyləyib.
"Donald Trampın hakimiyyəti dönəmində də ABŞ postsovet məkanını parçalamağa və bəzi ölkələri ayrı-ayrılıqda, ya da qrup halında avroatlantik strukturlara qəbul etmək prosesini davam etdirib. ABŞ-ın dominantlıq strategiyasını reallaşdırılmasında yenə də əsas vasitə NATO hərbi bloku sayılır. Aydındır ki, Vladimir Putinin prezident seçilməsindən sonra postsovet məkanı Moskva ilə Vaşinqton arasında əsas mübarizə meydanı olaraq qalacaq. ABŞ administrasiyası bundan sonra da postsovet məkanından Rusiyaya qarşı mübarizə vasitəsi kimi istifadə etməyə çalışacaq", - deyə o bildirib.