​SON DƏQİQƏ: Prezident müharibə ƏMRİNİ VERDİ: “Bütün silahlardan atış sərbəstdir...”

Baxış sayı:
23539

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib.
Muxalifet.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, Poroşenko bu bəyanatı Xmelnitsk vilayətinə səfəri zamanı Ukraynanın Silahlı Qüvvələrinin bölmələrinin komandirləri ilə görüşdə verib.
Onun sözlərinə görə, bu, “həyatların saxlanılması” üçün lazımdır. Həmçinin, Poroşenko Ukrayna ərazisinin bir qarışını verməməyə və hər bir Ukrayna hərbi qulluqçusunun həyatını qorumağa çağırıb.
“Biz bütün ssenarilərə hazır olmalıyıq, həm müdafiəyə, həm də effektiv əks-hücuma”, – Poroşenko bildirib.
Ukrayna lideri vurğulayıb ki, qoşunlar Donbas ərazisində təxribatlara təslim olmamalıdır.