​SON DƏQİQƏ: Prezident BDU-ya yeni rektor təyin etdi - SƏRƏNCAM

Baxış sayı:
6586

Bakı Dövlət Universitetinin (BDU) yeni rektorunun adı bəlli oldu.

Muxalifet.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Səfəralı oğlu Babayev təyin edilib.
Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Elçin Babayev Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Muxalifet.az