​SON DƏQİQƏ: Paytaxtın mərkəzi küçələri və metronun çıxışı bağlanır - SƏBƏB

Baxış sayı:
1972

Bu gün oktyabrın 19-da Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyi planlaşdırır. Milli Şura icazəsiz aksiyanı şəhərin mərkəzində - metronun “28 May” stansiyasının çıxışında keçirməkdə israrlıdı. Bu aksiya ilə bağlı hüquq mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Polis aksiyanın qarşısını alacağını bəyan edib. 
Musavat.com-a daxıl olan məlumata görə, razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriləcəyi nəzərə alınaraq, həmin əraziyə gələn küçə və prospektlərdə saat 12.00-dan 16.00-dək həm nəqliyyatın, həm də piyadaların hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişəcək.
Eyni zamanda, vətəndaşların təhlükəsizliyini nəzər alan Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə metronun “28 May” stansiyasının Cəfər Cabbarlının heykəli istiqamətinə olan giriş-çıxışlarına da müvəqqəti məhdudiyyət qoyulacaq.