SON DƏQİQƏ: Paşinyan Qarabağda böyük hücuma HAZIRLAŞIR

Baxış sayı:
514

Hədəfdə ən çox qorxduğu generallardır
Məhkəmə Qarabağ klanının təzyiqi altında Robert Koçaryanı həbsdən buraxdıqdan sonra Nikol Paşiynan işğal rejimində təmizləmə əməliyyatları planlaşdırır.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestnik  Kavkaza” portalında dərc olunm uş məqalədə bildirilir ki, qarabağlı general Vitali Balasanyanın İrəvanda həbsi də məhz bununla bağlıdır.
“O dəfələrlə baş nazirin və onun tərəfdarlarının ünvanına kəskin ifadələrlə yadda qalıb. Onun tutulması (guya səhvən) - göstərir ki, Ermənistan erməniləri və Dağlıq Qarabağ reciminin təmsilçiləri arasında uçurum xətti dərinləşir”,- deyə məqalə müəllifi Mixail Belyayev yazır.       
Vitali Balasanyan bir hərbçi kimi Qarabağ klanı təmsilçiləri arasında nüfuza malikdir və Paşinyan məhz bu cür söz sahiblərini aradan götürməklə seperatçıları özünə tabe etmək istəyir.
Ermənistan baş nazirinin son bəyanatlarından belə görünür ki, İrəvanla Qarabağ arasında ciddi fikir ayırlıqları var.  Nikol Paşinyan Qarabağ klanına qarşı aprel döyüşləri kartından istifadə etməyə çalışır.  O bildirib ki, parlamentdə 2016-cı  ilin aprel döyüşlərinin öyrənəcək  istintaq qrupunun yaradılmasının vaxtı çatıb.
Paşinyan bildirib ki, Qarabağ klanı öz məqsədinə çatmaq üçün müharibə başlayıb bəzi əraziləri Azərbaycana qaytarmaq niyyətindədir. O, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan erməniləri Ermənistan hökumətinə problem yaradan klan təmsilçilərini dəstəkləməməyə çağırıb.
Beləliklə, yaxın aylarda Ermənistanda Qarabağ klanının revanş addımları baş verə bilər. Paşinyan da preventiv addamlar ataraq bəri başdan klanı zərərsizləşdirməyə çalışa bilər. İstənilən halda, hadisələr Rusiyanın himayəsi altında baş verəcək və məğlub tərəf sakitcə hakimiyyətdən çəkilməli olacaq.  
Təbii ki, bu durum Qarabağ münaqişəsinin həlli penrspektivlərinə də təsir edəəck və Azərbaycan hadisələrin istənitlən variantda  inkişafına hazır olmalıdır.