SON DƏQİQƏ: Oqtay Şirəliyev bu Mərkəzin direktorunu İŞDƏN ÇIXARDI

Baxış sayı:
1711

Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.
Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.
Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən Unikal.org-a təsdiqləyiblər.