SON DƏQİQƏ: Novruz Məmmədovun oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ

Baxış sayı:
4351

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib. Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə, İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub. Xəbəri DİN-dən təsdiqləyiblər./unikal.org