SON DƏQİQƏ: Növbədənkənar parlament seçkiləri keçiriləcək - TARİX BİLİNDİ

Baxış sayı:
5647

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantının keçirilməsinin səbəbi bilinib. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, toplantının təcili keçirilməsinə səbəb, 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcəyi ilə bağlı müzakirələrdir. Dörd il əvvəl seçilmiş 125 yerlik Azərbaycan parlamentində deputatların başqa vəzifələrə təyin olunması və bir vəfat halı ilə bağlı Milli Məclisdə xeyli boş yer əmələ gəlib. Belə bir şəraitdə mümkün növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-ın Siyasi Şurasında qərar qəbul edilib. Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.