SON DƏQİQƏ: NATO sülhməramlılarına hücum edildi - ORTALIQ QARIŞDI

Baxış sayı:
4735

Əfqanıstanda terrorçu-kamikadzenin hücumu nəticəsində ölkə ərazisində sülhməramlı missiyasını yerinə yetirən üç NATO hərbçisi ölüb.
Muxalifet.az bildirir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hücum hərbçilərin Əfqanıstan ordusunun nümayəndələri ilə birlikdə əraziyə baxış keçirərkən baş verib. Əfqanıstan ordusunun 2 hərbçisi və missiyanın daha 1 üzvü isə yaralanıb.
Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.