SON DƏQİQƏ: NATO baş katibi Stoltenberqdən BƏYANAT - Ukrayna..

Baxış sayı:
13213

NATO Baş katibi Yens Stoltenberq, Ukraynanın NATO-ya üzv ola biləcəyini bildirərək, “Müttəfiqlərin hamısı Ukraynanın NATO-ya üzv olması qərarına razılıq verdi. Ukraynanın NATO-ya qoşulması üçün lazım olan islahatların həyata keçirilməsinə kömək edəcəyik”, dedi. “Ukrayna 11” televiziya kanalına müsahibə verən Stoltenberq, Ukraynanın NATO-ya qoşulma ehtimalını dəyərləndirdi. Çernoqoriyanın NATO-ya iki il əvvəl qoşulduğunu xatırladan Stoltenberq, “Şimali Makedoniya bir neçə aya NATO üzvü olacaq. Polşa və Baltikyanı dövlətlərin Berlin divarı dağılandan sonra NATO-ya üzv olacağını heç kim xəyalına belə gətirə bilməzdi”, deyə şərh verdi. Muxalifet.az