SON DƏQİQƏ: Məşhurların villaları külə döndü - FOTOLAR

Baxış sayı:
15151

ABŞ-ın Şimali Karolina əyalətindəki villaların yerləşdiyi ərazidə güclü yanğın olub.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, mənzillərin birində başlayan yanğın, küləyin təsiri ilə sürətlə əhatəsini genişləndirib. Azı 7 malikanə tamamilə sıradan çıxıb.
Onların dəyərinin milyonlarla dollar dəyərində olduğu bildirilir. Sakinlər evləri vaxtında tərk etdiyindən tələfat qeydə alınmayıb. İddialara görə, ərazidə tanınmış insanların da villaları yerləşir. Hadisənin səbəbləri araşdırılır.