SON DƏQİQƏ: Əmr verildi - "Mehdi ordusu" ABŞ-a qarşı hərəkətə keçdi

Baxış sayı:
4585

“Mehdi ordusu” yenidən fəaliyyətə başladı”.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, İraqın dini və siyasi liderlərindən hesab olunan Müqtəda əs-Sədr belə açıqlama verib. O bəyanatında bildirib:

“İraq müqavimətinin lideri olaraq bütün mücahidlərə, xüsusilə Mehdi ordusuna və bütün vətənpərvər intizamlı qruplara İraqı qorumaq üçün hazır olmaq əmrini verirəm”.

Qeyd edək ki, “Mehdi ordusu” adlı hərəkat 2003-cü ildə ABŞ İraqa müdaxilə edəndən sonra qurulub. Hərəkat amerikalı hərbçilərə qarşı mübarizə aparıb. Lakin Müqtəda əs-Sədrin əmri ilə ordu 2008-ci ildə fəaliyyətini dayandırıb. Ordunun yenidən fəaliyyətə başlaması İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlıdır.