SON DƏQİQƏ: Məhkəmə Bransonla bağlı QƏRARINI AÇIQLADI - (YENİLƏNDİ)

Baxış sayı:
2266

Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Bransonun işi üzrə məhkəmə bu gün qərar çıxarıb. AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, məhkəmə amerikalı keşişin ev dustaqlığından azad olunması və ona qarşı məhkəmə-nəzarət şərtlərinin aradan qaldırılması barədə qərar çıxarıb.
Bununla yanaşı, məhkmə Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verib. Həbs cəzası bitdikdən sonra isə, branson tamamilə sərbəst buraxılacaq və ABŞ-a geri dönə biləcək. 
Türkiyə prokurorluğu isə Bransona 10 il həbs cəzasının verilməsini tələb edib. Lakin məhkmə prokurorluğun tələbini rədde dərək, daha az müddətlik azadlıqdan məhrumetmə qərarı çıxarıb. 
İddia olunur ki, üzərindən məhkəmə nəzarəti götürülən Branson həbsə atılmamış Türkiyəni tərk edə bilər. Bu mənada, Bransonun vəkili məhkəmə zalını tərk edən amerikalı keşişin dərhal Türkiyəni tərk etməsi üçün şans yarandığını bildirib. 

17:09
***
Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Bransonun məhkəmə prosesi davam edir.
Türkiyə KİV-ri xəbər verir ki, prokuror Branson barəsində məhkəmə nəzarətinin qaldırılmasını və 10 ilə qədər həbs olunmasını tələb edib.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.
ABŞ prezidenti Donald Tramp yayda Ankaradan rahibi azad etməyi tələb edib və ölkədən idxal edilən polada və alüminiuma əlavə rüsumlaı tətbiq edib.